Logo

AFFA “Qarabağ”ı cərimələdi


Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Topxeber.az apasport.az saytına istinadən məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının III turunda baş verənlər müzakirə olunub. “Neftçi” – “Kəpəz” matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan meydan sahibləri 800 manat cərimə olunub. “İnter” – “Səbail” matçının 63-cü dəqiqəsində meydan sahiblərini azlıqda qoyan Tərlan Quliyevin ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılması 1 oyunluq cəza ilə nəticələnib. Paytaxt klubu 200 manat ziyana düşüb. “Qarabağ” – “Qəbələ” matçının 69-cu dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün Ağdam klubu 1600 manat cərimələnib. Topxeber.az