Logo

"Qarabağ" yeni transferini açıqlayır: Razılıq əldə olundu


Ölkəmizi Çempionlar Liqasının qrup mərhələsində təmsil edəcək "Qarabağ" növbəti transferini reallaşdırmağa hazırlaşır. Topxeber.az futbol11.az-a istinadən xəbər verir ki, Ağdam klubu Yunanıstanın PAOK klubunda forma geyinən Pedro Enrikenin keçidini reallaşdırmaq üzrədir.
Yunanıstan mətbuatının yaydığı xəbərə görə, klublar arasında bir neçə gündü davam edən danışıqlar yekunlaşıb. Razılaşmaya görə, braziliyalı yarımmüdafiəçi Ağdam klubunda icarə əsasında çıxış edəcək. Bildirilir ki, hazırda klublar arasında kiçik detallar müzakirə olunur. Əgər hər-hansı problem olmasa, Ağdam klubu yeni transferini bu gün rəsmən açıqlayacaq. Qeyd edək ki, daha öncə “Sürix” klubunda da oynamış braziliyalı vinger 2016-cı ildə “Renn” klubundan PAOK-a keçib. O, yunan klubunda 23 oyunda 6 qol vurub. Topxeber.az