Logo

Barselona" Arda Turanı "Qalatasaray"a göndərir


Avropada transfer pəncərəsi bağlansa da, Türkiyədə klublar sentyabrın 8-dək heyətlərinə yeni oyunçular qata biləcəklər. Topxeber.az fanat.az -a istinadən xəbər verir ki, fürsətdən yararlanmaq niyyətində olan "Qalatasaray"da da transfer çalışmalarını davam etdirir. İspaniyanın məşhur "El Mundo Deportivo" qəzeti yazır ki, "Barselona" rəhbərliyi uzun müddətdi İstanbul klubunun hədəfində olan Arda Turanla bağlı qərar verib. Kataloniyalılar türk futbolçunu "Qalatasaray"a göndərmək istəyir və bu barədə qərar bu həftə açıqlanacaq. Düzdü, "Barselona" Arda Turanı icarəyə vermək istəmirdi və satmağa çalışırdı. Lakin artıq Avropada transfer pəncərəsi bağlanıb. Bu səbəbdən də yeganə variant baş məşqçi Ernesto Valverdenin planlarına daxil olmayan futbolçunu bir mövsüm icarəyə verməkdi. Topxeber.az