Logo

“Qarabağ” - “Roma” oyununun biletləri satışa çıxarılır – QİYMƏT


Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində keçiriləcək “Qarabağ” (Azərbaycan) – “Roma” (İtaliya) oyununun biletləri sentyabrın 8-dən satışa çıxarılacaq. “Qarabağ” klubundan  Topxeber.az-a bildirilib ki, biletlərin qiyməti 2-50 manat arasında dəyişir. Azarkeşlər biletləri şəhərin kassalarından əldə edə bilərlər. Qeyd edək ki, “Qarabağ” – “Roma” matçı sentyabrın 27-si, saat 20:00-da start götürəcək. Biletlərin qiymətləri: VIP - 50 AZN Kateqoriya 1 - 20 AZN Kateqoriya 2 - 10 AZN Kateqoriya 3 - 5 AZN Kateqoriya 4 - 2 AZN Topxeber.az