Logo

“Neftçi”dən təklif gəlməsəydi, karyeramı bitirmək istəyirdim”


“Neftçi”nin yeni futbolçusu Rəşad Sadiqov ictimaiyyətə təqdim olunub. 33 yaşlı futbolçu “Bakcell Arena”da təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. - Hazırlıq durumunuz nə yerdədir? - Fərdi şəkildə məşq edirdim. Çəki problemi olmadığına görə daha rahatdır. Yüz faiz də olmasa, 70 faiz hazıram. Futbolçularımızda özünəinam çatmırdı. Baş məşqçi özünəinamı qaytarmaq istəyir. İlk növbədə, bunu düzəltmək lazımdır. - “Zirə”dən ayrıldıqdan sonra karyeranı bitirəcəyin deyilirdi... - “Neftçi”dən təklif gəlməsəydi, karyeramı bitirmək istəyirdim. - “Neftçi”nin uğursuzluğu lider futbolçunun yoxluğu ilə əlaqədar idi. Bu yükü üzərinə götürmək çətin olmayacaq? - Hər komandada lider futbolçu olmalıdır. Çalışacağam ki, bu yükü üzərimə götürüm. Təkcə oyunumla yox, meydandan kənardakı davranışlarım və komanda yoldaşlarımla danışığımla da liderlik etməyə çalışacağam. - Yay fasiləsində qısa zamanda formasını geyindiyiniz “Zirə”yə qarşı xüsusi motivasiya ilə oynayacaqsınız? - Elə bir şey yoxdur. Peşəkar qaydada matça hazırlaşıram. Hər oyunda olduğu kimi, əlimdən gələni etməyə çalışacağam. - “Zirə” sizi intizamsızlığa görə heyətdən kənarlaşdırdığını açıqladı. Bu barədə nə deyə bilərsiniz? - “Zirə”dən ayrılmalıydım. “Astra” ilə oyundan sonra özüm də demişdim ki, komandaya qayıtmayacağam. Xarakterimiz tutmurdu. Buna görə də “Zirə”dən getməliydim. - Maşınınızın saxlanılmasının “Zirə” ilə bağlı olduğu deyildi. Bu doğrudurmu? - Buna inanmıram. Çünki həmin hadisədən sonra “Zirə”də qalan maaşım, mükafatım var idi. Onu da çağırıb verdilər. Maşınımın saxlanılmasının “Zirə” ilə bağlı olduğunu düşünmürəm.  (Report) Topxeber.az