Logo

“Qarabağ” - “Roma” oyununa 40 min bilet satılıb


Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı İtaliya təmsilçisi “Roma” ilə matç üçün bilet satışı davam edir.

Topxeber.az "Qarabağ" klubunun saytına istinadən xəbər verir ki, indiyə qədər 40 min bilet satılıb. Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Topxeber.az