Logo

Messi ilə bağlı şok iddia


Argentinalı idman şərhçisi, 2015-ci ildə Amerika Kubokunun yayım hüquqları üçün rüşvət vermək ittihamı ilə Federal Təhqiqat Bürosu tərəfindən həbs olunan Alejandro Burzako "Barselona"nın futbolçusu Lionel Messi ilə bağlı şok iddia ilə çıxış edib.
Topxeber.az-ın məlumatına görə, Fanat.Az Braziliyanın "Globo" qəzetinə istinadən xəbər verir ki, Burzako bu günlərdə Nyu Yorkda məhkəmə qarşısına çıxıb. O, məhkəmədəki ifadəsində Messi və Argentina millisi ilə bağlı danışıb.
"Messi Argentina millisi ilə yoldaşlıq oyunlarına çıxmaq üçün hər matça görə 200 min avro alır. Başqa bəzi argentinalı futbolçular da yoldaşlıq oyunları üçün pul alır" deyə Burzako bildirib.
Topxeber.az