Logo

“Beşiktaş” Azərbaycana gəlir


Türkiyə Super Liqasının son 2 mövsümündə çempion olan “Beşiktaş” klubu Azərbaycana gələcək. Topxeber.az Publika.az-a istinadən xəbər verir ki, klub Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ”la yoldaşlıq oyunu keçirmək niyyətindədir. Qara qartallar “Qarabağ”la oyunu təşkil ediləcək dünya turu çərçivəsində oynamaq istəyir. Bu barədə klubun prezidenti Fikrət Orman “TRT Spor” kanalına açıqlamasında məlumat verib. Belə ki, klub mövsüm fasiləsində Azərbaycan, Çin, İndoneziya, Malaziya, Pakistan, Hindistan, İran, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Qırğızstana səfər etmək niyyətindədir. Klub bu səfərlə dünyadakı azarkeşlərinin sayını artırıb 100 milyona çatdırmağı hədəfləyir. Topxeber.az