Logo

PSJ son çempionu mübarizədən kənarlaşdıra biləcəkmi?


Bu gün Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsi çərçivəsində cavab qarşılaşmalarına start veriləcək. Topxeber.az-ın məlumatına görə, artıq ilk iki 1/4 finalçının adına aydınlıq gələcək. Təbii ki, bütün diqqətlər Parisdəki matça yönələcək. Erkən final hesab edilən PSJ – “Real” mübarizəsində kimin yoluna davam etdirəcəyinə aydınlıq gələcək. İspaniyada rəqibi üzərində 2 top fərqi ilə qələbə qazanan ÇL-in son qalibi Fransaya üstün yollanıb. Bu azmış kimi, PSJ-nin lideri Neymar da zədə ucbatından qarşılaşmanı buraxacaq. Günün digər oyunu elə də böyük önəm kəsb etmir. Səfərdə “Porto”nun qapısından 5 cavabsız top keçirən “Liverpul” üçün doğma azarkeşləri önündəki cavab görüşü formal xarakter daşıyacaq. Çempionlar Liqası 1/8 final (cavab oyunları) 6 mart 23:45. PSJ (Fransa) – “Real” (İspaniya) Baş hakim: Feliks Brix (Almaniya) Paris, "Park De Prens" stadionu İlk oyun – 1:3 23:45. “Liverpul” (İngiltərə) – “Porto” (Portuqaliya) Baş hakim: Feliks Zvayer (Almaniya) Liverpul, "Enfild Roud" stadionu İlk oyun – 5:0