Logo

Dövlət qulluqçularının maaşı DƏYİŞDİRİLİR


Azərbaycanda 2018-ci ilin iyul ayınadək büdcədən maliyyələşən təşkilatlarda tətbiq olunan əməyin ödənişi sisteminə yenidən baxılması ilə bağlı təkliflərin hazırlanması nəzərdə tutulur. Topxeber.az-ın Trend-ə istinadən məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti üzrə hesabatında öz əksini tapıb. Hesabatda bildirilir ki, həmin müddətədək əməkhaqqının məbləğində iqtisadi risklərin təsirlərini və əməyin keyfiyyəti parametrlərini nəzərdə tutan vahid və çevik əməyin ödənişi sisteminin yaradılması ilə bağlı təklilfərin hazırlanması da planlaşdırılır. Hazırda Azərbaycanın dövlət orqanlarında (Azərbaycanın xaricdə olan diplomatik nümayəndəlikləri, konsulluqları və digər orqanların nümayəndəlikləri istisna olmaqla) işləyən dövlət qulluqçularının aylıq vəzifə maaşlarının minimum məbləği inzibati vəzifələr üçün 250 manat, yardımçı vəzifələr üçün isə 150 manatdır.