Logo

Bu şəxslərin əmək haqları artırıldı


"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Novruz bayramı ərəfəsində Gəmiçilikdə çalışan üzən heyət və fəhlələrin əmək haqlarının artırılması ilə bağlı birgə qərar qəbul edib.

Topxeber.az xəbər verir ki, QSC-dən AZXEBER.COM-a verilən məlumata görə, qərara əsasən, 2018-ci il martın 1-dən həmin şəxslərin aylıq vəzifə maaşları 10% artırılıb.

Qeyd edək ki, bu qərar "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 8 mindən çox əməkdaşına şamil edilib.