Logo

Prezident İlham Əliyevə velosiped və cüdo üzrə dünya çempionatlarının ilk biletləri təqdim olunub


Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.

Topxeber.az-ın APA-ya istinadən məlumatına görə, prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ümumxalq şənliyinin iştirakçıları Dənizkənarı Milli Parkda olublar.

 Çay süfrəsinə qonaq olan dövlət başçısı və xanımı milli mətbəximizin müxtəlif nümunələrindən dadıblar. Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov məlumat verib ki, Novruz bayramı münasibətilə milli mətbəximizə aid xüsusi olaraq 27 poçt markası hazırlanıb. Prezident və xanımı poçt markalarını imzalayıblar və möhürləyiblər.

Dövlət başçısı və xanımı Azərbaycan Gimnastika Federasiyasının stendində bədii, aerobika, akrobatika və idman gimnastlarının nümunəvi çıxışlarına baxıblar.

 Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmçinin “ISMA Bikes” zavodunun istehsalı olan velosipedlərə də baxıblar. Prezident İlham Əliyevə BMX velosipedi üzrə dünya çempionatının ilk bileti təqdim olunub.

 Dövlət başçısına cüdo üzrə dünya çempionatının ilk bileti təqdim də edilib.

 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kəmər güləşi üzrə idmançıların çıxışlarını da izləyiblər.

 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin nümayəndələri ilə görüşüblər. Azərbaycan prezidenti Bakı sakinlərinə və paytaxtımızın qonaqlarına Novruz münasibətilə bir daha xoş arzularını yetirib.

Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində Milli Məclisin sədri Oqtay ƏsədovPrezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.