Logo

Azərbaycanda nişanlı oğlan bayram günü özünü asdı - İnanılmaz səbəb


Şamaxı rayonunda gənc oğlan intihar edib.

Topxəbər.az saytının APA-ya istinadən məlumatına görə, hadisə bu gün saat 12.00 radələrində rayonun Ovculu kəndində baş verib.

Kənd sakini 23 yaşlı Alıyev Müzadil Şahsəddin oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihar edib.

Alıyev bir neçə aydır ki, nişanlıdır və bu yaxınlarda toyu olacaqmış. M. Alıyev maddi problemlər səbəbindən Novruz bayramı ilə əlaqədar nişanlı olduğu qızın evinə bayram sovqatı apara bilmədiyi üçün özünə qəsd edib.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.