20.03.2018 12:42
63
Ana əvvəl uşaqlarını sonra özünü öldürdü
Ötən gecə Rusiyanın Ulyanovsk şəhərində mənzildə qadın və üç azyaşlı uşağın meyiti tapılıb.
Topxeber.az saytının "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya hüquq-mühafizə orqanları ananın uşaqları öldürdüyü, daha sonra isə intihar etdiyi versiyası üzərində dayanır.
Ərindən boşanmış qadın 3 uşağı ilə birlikdə yaşayıb. Uşaqların ikisi məktəbli, biri isə körpə olub.