Logo

Ev tikmək istəyənlərin nəzərinə - VİDEO


Bir müddətdir ki, durğunluq yaşanan torpaq bazarında yenidən canlanma artıb. Bu aktivlik öz növbəsində qiymətlərdən də yan keçməyib.

Topxeber.az xezerxeber.az-a istinadən bildirir ki, əmlak ekspertlərinin sözlərinə görə, son 2 ayıdır torpaq sahələrinin alınmasına maraq artıb və qiymətlər yanvar ayından etibarən 7 faizə qədər bahalaşıb.

Ekspertin sözlərinə görə, ən çox bahalaşma Səbail və Nərimanov, ən az isə Binəqədi və Suraxanıda müşahidə edilir.

Ekspertin bildirdiyinə görə, torpaq bazarında aktivliyin artmasının digər bir səbəbi də, Bakıətrafı rayonlarda istixana və kiçik ferma təsərüffatlarına marağın artmasıdı.

Torpaq bazarında qiymət fərqi yaradan digər bir amil isə əmlakın çıxarışının olub olmamasıdır. Çıxarışı olan torpaqlara tələbat çox olduğundan onların qiymətində digərlərinə nisbətən 10 faiz fərq olur.