Logo

Qəribə dəniz məxluqu aşkarlandı


ABŞ-ın Corciya ştatının sahillərində qəribə dəniz məxluqunun ölüsü aşkarlanıb.

Topxəbər.az oxu.az-a istinadən bildirir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Artıq sosial şəbəkələrdə "dəniz bədheybəti" adı verilmiş qəribə məxluqun görüntüsünü dəniz qoruğuna səyahət edən turistlərdən biri lentə alıb.

Videonun müəllifi Amerikalı Cef Uorren əvvəl onun dəniz pişiyi olduğunu sanıb. Habelə gəmi yaxına üzdükdə, sərnişinlər əfsanəvi "Loxnes əjdahası"na bənzəyən uzun boynu və kiçik başı olan məxluqun olduğunu görüb.