Logo

Yaponlar robotlarını sərgiyə çıxartdı


Yaponiyanın qərbindəki Osaka prefekturasındakı Kansay aeroportunda növbəti nəsil robotların sərgisi keçirilir.

Topxəbər.az AZƏRTAC-a istinadən bildirir ki, dörd gün davam edəcək sərgi martın 20-də açılıb. Sərgidə aeroportun əməkdaşlarına buradakı işlərdə yardım edən 13 növ robot təqdim edilir.

Həmin aeroport son vaxtlar qonaqların, xüsusən xaricdən gələn turistlərin sayının artması ilə əlaqədar artan işlərdə robotlardan istifadə etməyə çalışır.

Sərgidə təqdim edilən android-robotlardan biri turistləri üç dildə - yapon, ingilis və Çin dillərində salamlayaraq onların uçuş və aeroportla bağlı suallarını ətraflı cavablandırır.

Sərgi ilə tanış olanlar bu robotların yüksək texniki standartlara cavab verdiklərini bildiriblər.