Logo

Kürdəmirli futbolçuya 2 milyon qiymət qoyuldu


Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev “Trabzonspor”u birdəfəlik tərk edə bilər. 

Topxeber.az Apasport.az-a istinadən xəbər verir ki, gənc futbolçunun icarə əsasında çıxış etdiyi “Jilina” klubu onun transferində maraqlıdı.

Slovakiya çempionu 12 oyunda 6 qol və 2 assistlə yadda qalan Şeydayevlə əməkdaşlığı uzun müddət davam etdirməyi planlaşdırır. “Jilina” rəhbərliyi bununla bağlı qarşı tərəflə artıq danışıqlara başlayıb.
Slovakiyalılar həmyerlimizin transfer vərəqəsinə sahib olmaq üçün “bordo-mavililər”ə 500 min avro ödəməyə hazırdılar. Lakin bu məbləğ türkiyəliləri razı salmır. Qara dəniz təmsilçisi Ramilə görə 2 milyon avro qiymət oxuyub. Bununla belə, “Trabzonspor” danışıqların uzun sürməsində maraqlı deyil. Onlar Şeydayevi az qiymətə də “Jilina”ya verməyə qarşı deyil.
Qeyd edək ki, Ramil Şeydayev “Trabzonspor”a ötən ilin yayında yetirməsi olduğu “Zenit”dən keçmişdi.