Logo

Türkiyədə QƏTLİAM : Qızı vemədilər, ailəsinin canını aldı


Türkiyənin Sivas şəhərində silahlı hücum nəticəsində 5 nəfər dünyasını dəyişib.

Topxəbər.az turk mediasına istinadən xəbər verir ki, cinayətkar Fırat Y. Sivasın Ortaköy məhəlləsindən Esenlər ailəsinin qızını istəyib. İstəyinə müsbət cavab ala bilməyən şəxs qızın atasını, anasını və qardaşını qətlə yetirib. Sonra hadisə yerindən qaçaraq kənddəki mağazaya gedib. O, dükan sahibini və oğlunu da atəş açaraq öldürüb. Buradan isə Qəhrəmanmaraş şəhərinə yollanan qatili polislər saxlayıb.

Hadisə baş verən gündən iki gün əvvəl öldürülən Tarık Əsən kəndin muxtarına zəng vuraraq Fırat Y ilə aralarında böyük dava olacağını bildirib. Kənd muxtarı Nazım Sayılqan da Esen ailəsinə kömək edib və vəkilə müraciət ediblərmiş. Onlar prokurorluğa və polisə gedərək şikayət ərizəsi yazıblarmış.

Faktla bağlı araşdırma aparılır.