Logo

Zaqatalada kişi özünü qoz ağacından asdı


Zaqatala sakini intihar edib. 

Topxəbər.az report-a istinadən xəbər verir ki, hadisə bugün səhər saatlarında rayonun Qandax kəndində qeydə alınıb.

Kənd sakini 1987-ci il təvəllüdlü Anar İbad oğlu Kərimov yaşadığı evin həyətində qoz ağacından özünü asıb. Onun intihar etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.