Logo

AŞPA-nın yaz sessiyası keçiriləcək: Yaxın Şərq də müzakirə olunacaq


Bu il aprelin 23-27-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası keçiriləcək.

Topxəbər.az təşkilatın saytına istinadən bildirir ki, sessiyada Avropada antisemitizm, islamofobiya və ksenofobiyanın artması, Liviyada vəziyyət və digər məsələlərin müzakirə edilməsi gözlənilir.

Həmçinin tədbirdə Makedoniyanın XİN rəhbəri Nirolya Dimitrov və Lüksenburqun Aİ işləri üzrə və xarici işlər naziri Jan Asselborn çıxış edəcək.