Logo

Azərbaycanlı milyarder bu il 750 milyon dollar qazanıb


Forbes jurnalı Rusiyanın yüksək gəlirə sahib 10 milyarderini açıqlayıb.

Topxəbər.az bildirir ki, siyahı milyarderlərin ötən ilin fevralından bu ilin fevralına qədər əldə etdiyi əmlak və pul miqdarına görə hazırlanıb.

1-ci yerdə 2,3 milyard dollarla Kiril Şamalovqərarlaşıb. O, son bir ildə gəlirinin böyük hissəsini dividendlər və "Sibur" şirkətinin səhmlərinin satılmasından əldə edib.

2-ci yeri 1,56 milyard dollarla Aleksey Mordaşov tutur. O, son ildə qazandığı sərvəti dividendlər və "Severstal"ın hissələrinin satışına borcludur. "NLMK" sahibi Vladimir Lisin 1,23 milyardla siyahıda "3-lüy"ü tamamlayır.

Süleyman Kərimov 980 milyon dolları səhm hissələrinin satışından və "Polyus" dividendlərindən əldə edib. 5-ci yerin sahibi Mixael Proxorov 870 milyon dolları "Rusal" və "RBC" şirkətlərinin səhmlərindən və "Rusal" dividendlərin qazanıb.

Dimitri Ribolovlev son bir ildə 860 milyon dollar (rəsm əsərləri və daşınmaz əmlak satışları), Oleq Deripaska 760 milyon dollar (səhm satışları, "En+" və "Strabag" dividendləri),Viktor Raşnikov 760 milyon dollar (səhm satışları və "MMK" dividendləri), Azərbaycan əsilli Vahid Ələkbərov 750 milyon dollar ("Lukoil" dividendləri), Əlişər Osmanov 660 milyon dollar ("Metalloinvest" və "Megaphone" dividendləri) qazana bilib.

Jurnala görə, Rusiyanın 2017-ci ildə ən varlı şəxsi 19,1 milyard dollarla Vladimir Lisindir. 

2017-ci ildə sərvətinin miqdarı 5 milyon dollardan çox olan rusiyalıların sayı 2016-cı illə müqayisədə 27% artıb və 38 min nəfərə çatıb.