Logo

​Fransada silahlı şəxs supermarketə gələnləri girov götürüb -YENİLƏNİB


Supermarketdə girov saxlanılanlar azad edilib, hazırda binada yalnız cinayətkar və polislər qalıb. Treb kommunasının meri Erik Menassi bildirib ki, supermarketdə insanların girov götürülməsi zamanı iki nəfər həlak olub.


***

Bu gün Fransada silahlı şəxs supermarketdə insanları girov götürüb.

Topxeber.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, insident Treb şəhərində qeydə alınıb. Hadisədən sonra supermarketə təqribən 140 polis əməkdaşı göndərilib. Cinayətkarın tutduğu insanların azad edilməsi üzrə əməliyyata hazırlıq görülür.

İnsanları girov götürən naməlum şəxs İŞİD üzvü olduğunu bildirib. Supermarketdə bir neçə dəfə atəş səsi eşidilib. İnsanların girov götürülməsini bir silahlı şəxs həyata keçirib. 

Məftun Salmanov