Logo

Paltar götürmək istəyən 10 yaşlı uşağın boynu sındı


Türkiyədə dəhşətli ailə faciəsi baş verib.

Topxəbər.az Türkiyə KİV-ə istinadən bildirir ki, 10 yaşlı Caner Kəskin çarpayının bazasını qaldırıb paltar götürmək istəyərkən boynu bazanın arasında qalıb. Valideynləri Caneri xəstəxanaya aparsalar da onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə Adananın  Seyhan mahalında qeydə alınıb. Hazırda araşdırma aparılır.