Logo

Türkiyədə 2017-ci ilin işsizlik rəqəmləri açıqlandı


2017-ci ildə Türkiyədə işsizliyin səviyyəsi 10,9 faiz təşkil edib. 

Topxeber.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, ötən il Türkiyə üzrə 15 və daha yuxarı yaşda olanlar arasında işsizlərin sayı 2016-cı illə müqayisədə 124 min nəfər artaraq 3 milyon 454 nəfərə çatıb. İşsizlik faizi isə 2016-cı ilə nisbətən dəyişməyətək 10,9 faiz səviyyəsində qalıb. 

İşsizlik faizi kişilər arasında  0,2 faiz  bənd azalaraq 9,4 faiz, qadınlarda isə 0,4 faiz bənd artışla 14,1 faiz təşkil edib. 2017-ci ildə işlə təmin olunanların sayı 2016-cı illə müqayisədə 984 min nəfər artaraq 28 milyon 189 min nəfərə yüksəlib. 

Məftun Salmanov