Logo

Amsterdamda 90 ingiltərəli azarkeş saxlanılıb


Futbol üzrə Niderland və İngiltərə yığma komandaları arasında yoldaşlıq matçı ərəfəsində Amsterdamda saxlanılan ingilis azarkeşlərinin sayı 90-a çatıb.

Topxəbər.az APA-ya istinadən bildirir ki, bundan əvvəl 28 nəfərin saxlanılıb, o cümlədən biri yaralanaraq xəstəxanaya yerləşdirilib.Məlumata görə, İngiltərələri azarkeşlər Amsterdamda ictimai asayiş pozub, polis əməkdaşları və kanallarda qayıqla səyahət edən insanlara butulkalar atıb.

Qeyd edək ki, Niderland-İngiltərə matçı qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.