Logo

"Brent" markalı neft 70 dolları ötüb


"Brent" markalı neftin qiyməti Səudiyyə Ərəbistanı energetika nazirinin açıqlamalarından sonra 70 dollar/barel səviyyəsini ötüb.

Topxəbər.azreport-a istinadən xəbər verir ki, son dəfə "Brent" markalı neftin qiyməti yanvar ayının 29-da 70 dollar/bareldən baha satılıb.

S.Ərəbistanının energetika naziri Xalid əl-Falih dünənki açıqlamalarında OPEC üzvlərinin neft hasilatının azaldılması ilə bağlı anlaşmanı 2019-cu ildə də davam etdirməsi zəruriyyətini vurğulayıb. Nazir, həmçinin anlaşmanın Rusiya və digər neft hasil edən, lakin OPEC üzvü olmayan ölkələrlə razılaşdırılması barədə fikir səsləndirib.

"Qlobal neft ehtiyatlarının uyğun hesab etdiyimiz səviyyəyə qədər azaldılması üçün hələ zamana ehtiyac var. Bununla bağlı ilin ortalarında, Vyanada sammitində konkret danışacağıq", - deyə, əl-Falih sözlərinə əlavə edib.