Logo

Ermənilər azərbaycanlıları bir-bir oğurlamağa başlayıb - VİDEO


Ukraynanın Luqansk vilayətində ermənilər azərbaycanlı biznesmenə hücum ediblər.

Topxeber.az xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən Real TV-yə verilən məlumata görə, hadisə Artemovskiy rayonunda baş verib.

Ermənilərin hücumuna məruz qalan 43 yaşlı, əslən Ağdam rayonundan olan, Mürvət Qulu oğlu Salamovdur. Ona şəxsi avtomobilində hücum edilib. Faktı Real TV-yə konqresin sədr müavini Akif Gülməmmədov də təsdiqləyib. 

Qeyd edək ki, Mürvət Qulamova hücum faktı Ukraynada yeganə hal deyil. Bir neçə ay bundan öncə əvvəl Ukraynada yaşayan azərbaycanlılar Ukrayna Daxili işlər Nazirliyi qarşısında azərbaycanlıların təhlükəsizliyinə təhdidlə bağlı etiraz aksiyası keçirmişdilər. Aksiya iştirakçıları daxili işlər naziri Arsen Avakovdan son 4 ildə azərbaycanlı iş adamlarının və onların övladlarının oğurlanmasına, tanınmış azərbaycanlılara qarşı sui-qəsdlərin üstünün açılmamasına aydınlıq gətirməsini, cinayətkarların həbs olunmasını tələb ediblər.

Verilən məlumata görə, Arsen Avakovun daxili işlər naziri təyin olunmasından ötən dövr ərzində 20-dən çox azərbaycanlı iş adamı və iş adamlarının övladları oğurlanıb, tanınmış azərbaycanlılara qarşı sui-qəsd halları artıb. Baş vermiş cinayət işlərinin heç birinin üstü açılmayıb.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Akif Gülməmmədov Real TV-yə açıqlamasında yoxa çıxan bəzi azərbaycanlıların sonradan Ukrayna hüquq mühafizə orqanlarında saxlanıldığının məlum olduğunu bildirib. 

Qeyd edək ki, hazırda Ukraynanın müxtəlif vilayətlərində vəziyyət gərgin olduğundan, asayiş keşikçilərinin təhlükəsizliyə  nəzarət etməsi çətinləşib. Son illər ölkədə  cinayət faktlarının artması da məhz bununla izah olunur.