Logo

Ermənilərin Zəngilan və Xocalıda bakterioloji silah hazırlığı: Əsir düşmüş azərbaycanlılar üzərində DƏHŞƏTLİ sınaqlar – ARAŞDIRMA


Topxeber.az News12.az saytına istinadən Azərbaycanın  işğal olunmuş Dağlıq Qarabağ bölgəsində Ermənistan dövləti  və onun havadarlarının törətdiyi qeyri-insani əməlləri sübut olunmuş faktlar və sənədlərlə oxuculara çatdırmaqda davam edir. Bu dəfəki araşdırma işğal olunmuş Zəngilan, Cəbrayıl, Xocalı və Qubadlı rayonları ərazisində bakterioloji və kimyəvi silahların hazırlanması haqqındadır .

Ermənistan tərəfindən  Azərbaycanın işğal olunmuş ərazilərində hələ  2001-ci ildə altı müxtəlif elmi-tədqiqat laboratoriyası tikilib. Məsələn, 2001-ci ilin martında Xankəndidə tikilən laboratoriya insan orqanizmi üzərində fizioloji və ekoloji tədqiqatlar aparır. Şuşada isə professor Adamats Danisloviç Qriqoryanın başçılıq etdiyi alimlər qrupu Biotexniki və Molekulyar Biologiya İnstitutunda genlərin öyrənilməsi, diferensial təsirlər, genetik nəsildəyişmələr araşdırılır. Bilavasitə Ermənistan MN-nin «21504-A-VS-04» lisenziyası ilə ordu üçün orqanizmin zəhərli maddələrdən qorunması fonunda preparatların hazırlanması işi görülür. Müşahidələrimizdən bu da aydın olur ki, MDB ölkələrinin hamısı həmişə gözlənilən bioterrorizm qarşısında aciz və gücsüzdürlər.

Hələ o vaxtlar  Amerikanın Səhiyyə və Sosial Xidmət Nazirliyinin biotenorizm və kimyəvi silahlar üzrə aparıcı mütəxəssisi Marqaret Xemberq yazırdı: «Bu, real təhlükədir. Bu təhlükəni dəf etmək lazımdır». Con Hopkins Universitetinin nəzdində əhalinin biomüdafiə problemlərini öyrənən mərkəzin direktoru Con Henderson isə yazır: «Yaxın 10 ildə belə hücum mümkündür. Bu hücum da ola bilsin İraq tərəfdən, Şimali Koreya tərəfdən, İran və Livan tərəfdən olsun. Eləcə də MDB ölkələrindən birinin bu aksiyada iştirak etməsi vacibdir».

Rusiyaya məxsus «Vektor» bioloji laboratoriyasının iki elmi-tədqiqat şöbəsi işğal edilmiş Xocalı və Zəngilan ərazisində yerləşir. Laboratoriya müdirinin müavini, professor Sergey Netesovun 2000 və 2001-ci illərin əvvəllərində və sonlarında Qarabağ ərazisinə ezam edilməsi, erməni alimlərindən olan S.T.Petrosyan və ġ.O.Mikoyanla görüşməsi də maraqlıdır. «Vektor»da dörd min adam işləyir və bu sayın 15 faizini milliyyətcə ermənilər təşkil edir. Burada – «Vektor» mərkəzində 4-cü dərəcəli bioloji zəhərli mikroblar öyrənilir, yeniləri hazırlanır. Mütəxəssislər bunu da öyrəniblər ki, bu mikroblarla lazım olan ərazinin 50 faizini məhv etmək olar. Bunun da qarşısını ala biləcək heç bir vaksin yoxdur. «Vektor»da laboratoriyaların 4-ü ölüm halları yarada bilən mikroblar hazırlayır. Burada milliyyətcə erməni olan altı nəfər çalışır. Bunun üçün də heç bir vaksin yoxdur. Məsələn, «Ebola» virusu haqqında yeni nəticələr əldə edilib. «Elqefalit» virusunun yeni növləri hazırlanıb.

«Vektor»un bir nömrəli binasında çoxlu soyuducular var. Nömrələnmiş bu soyuducular güclü enerji ilə təmin olunurlar və burada təqribən trilyon bakteriya saxlanılır. ABŞ-ın bioloji silahlar üzrə mütəxəssisi, Vaşinqtondakı Beynəlxalq Tədqiqatlar və Strateji AraĢdırmalar Mərkəzinin eksperti Entoni Kordesman deyir: «Ora girmək mümkün deyil. Hər tərəfdən yoxlanılırsan». Ermənistanın toksikoloji sahə üzrə tədqiqatçısı, hərbi həkim Q.O.Babayan isə Beyrut alimləri ilə (2001-ci ilin avqust müşavirəsi. Moskva. «Bioloji məlumatların ən yenisi üzərində düşüncələr» mövzusunda) söhbətində vurğulayıbki, «təcrübə mübadiləsi üçün biz ora asanlıqla girib-çıxırıq». Araşdırmalarımız zamanı bu da aydın oldu ki, Rusiyada 47 belə mərkəz var. Ermənistan ərazisində isə 14 belə laboratoriya fəaliyyət göstərir. Ötən il noyabrın 21-dən başlayaraq, «Vektor»dakı bakteriyaların qorunması, sınaq-təcrübə meydanlarında istifadəsi üçün 4 soyuducu texniki nasazlıq adı ilə dayandırılmış və Qarabağa daşınmışdır. Bu isə hər şeydən əvvəl nəzarətsiz qalan torpaqlarımızın başı üzərində dolaşan növbəti fəlakətdən xəbər verir. Həmin soyuduculardan ikisi Türkiyə sərhədinə, biri Naxçıvanla sərhəd istiqamətinə, digəri isə Cəbrayıl rayonuna aparılıb. Soyuducular əvvəlcə nəzərdə tutulmuş yerlərdə quraşdırılarkən rus və erməni sərhədçiləri tərəfindən xüsusi mühafizə dəstələrinə müəyyən texniki məsələlərdə ehtiyatlı olmaq tapşırılıb. Bütün bu müşahidələrdən sonra Pentaqonun polkovniki Dennis Deplanter hesabatında qeyd edir: «Biz hələ ki, öyrənməyə çalışırıq».

Erməni professoru V.S.Qevandyan isə Rusiyanın Mikrobiologiya və Virusologiya İnstitutunda (Moskva vilayəti, Pokrov şəhəri) işğal olunmuş Qarabağda, xüsusilə Zəngilan və Qubadlı rayonlarında təcrübə aparmaq üçün mikrobioloji xəritə hazırlayır. Professor Varonik Qevandyan öz elmi işini əsasən qarayara xəstəliyi ilə bağlı aparır. 2001-ci il noyabrın 3-də Londonun hərbi ekspertlərinin rəyinə əsasən belə bir məlumat verildi ki, bir sıra ölkələrdə «etnik silah»ların ixtirası yönümündə işlər tamamlanıb. Bu ölkələr sırasında İraq, İran, Rusiya və bir neçə MDB-yə üzv ölkələrin adları çəkilirdi. Araşdırmalarımız zamanı məlum olur ki, bu silah növünü, məsələn, Rusiya kimi ölkə üçün araya gətirmək elə də çətin deyil. Bu silahın hazırlanmasında qırmızı şam ağacından istifadə olunur. 2000-ci ilin məlumatına görə isə, Rusiyanın mülki geyimli qrupları Laçın və Kəlbəcər meşələrindən 12 hektarlıq cavan qırmızı şam ağacını kəsib aparmışlar (Dağlıq Qarabağda ekoloji məsələlərlə məşğul olan qrupun üzvü, həkim-ekoloq Aruşan Ciqarxanyan. Xankəndi. «Ararat» qəzeti, 4 dekabr, 2000-ci il).

Məlum olur ki, bu etnik silahların yaradıcılarından biri də Ermənistan MEA-nın professoru Serj Hasakulyandır. Bu silaha qarşı da hələlik heç bir əks vaksinlər ixtira edilməyib. Artıq bu da məlum olub ki, Fars körfəzindən İraq istiqamətində vuruşan bəzi əsgərlər bu silahların yaydığı xəstəliklərə düçar olaraq «sıradan çıxıblar». Nəticədə İngiltərə Səhiyyə Nazirliyi ölkənin baş nazirinə və SQ-nin komandanlığına 2000-ci il oktyabrın 4-də göndərdiyi «N» nömrəli məxfi hesabatlarda göstərir ki, belə bir virus var.