Logo

Nizam-intizam qaydalarını pozan futbolçu komandadan uzaqlaşdırıldı


Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Topxəbər.az AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, yığmamızın baş məşqçisi Qurban Qurbanov Elvin Yunuszadəni düşərgədən kənarlaşdırıb.

Buna “Qarabağ”ın futbolçusunun nizam-intizam qaydalarını pozması səbəb olub.

Qeyd edək ki, E.Yunuszadə ilə yanaşı, Araz Abdullayevin də adı Belarusla yoxlama matçının iştirak ərizəsinə salınmayıb. Görüşdən sonra keçirilən mətbuat konfransında Q. Qurbanov bu futbolçulardan birinin Türkiyəyə aparılmayacağını bildirib.

Bildirək ki, yığmamız martın 27-də Antalyada Makedoniya ilə qarşılaşacaq.