Logo

Ronaldu 900 oyuna 647 qol vurub


Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu Misir yığması ilə yoldaşlıq oyununda (2:1) dubla imza atıb.

Topxeber.az-ın “Sports.ru” saytına istinadən verdiyi məlumata görə, görüş “Real” Madridin 33 yaşlı forvardı üçün karyerasında 900-cü qarşılaşma olub. O bu müddət ərzində 647 qol vurub. K. Ronaldu “Real”da 429, “Mançester Yunayted”də 292, Portuqliya millisində 148 və “Sportinq”in heyətində 31 oyun keçirib.

Məftun Salmanov