Logo

Rusiyanın "Aeroflot" şirkəti uçuş qiymətlərini qaldırır - Azərbaycana aid deyil


Rusiyanın "Aeroflot" aviaşirkəti martın 26-dan etibarən uçuş biletlərinin qiymətini yenidən qaldıracaq. Bu, şirkətin öz reyslərində yanacaq rüsumlarını əhəmiyyətli dərəcədə artırması ilə əlaqədardır.

Topxəbər.az “Report”-a istinadən xəbər verir ki, qiymət artımı yanacaq yığımının olmadığı Azərbaycan, Belarus, Qazaxıstan, Gürcüstan, Ermənistan, Moldova, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Yaponiya və Koreya istiqamətində həyata keçirilən uçuşlara aid edilməyəcək.

Artım "Rossiya" və "Avrora" törəmə aviaşirkətlərinin sərnişinlərinə də şamil olunacaq.

Yığım ekanomklass və daxili marşrutlar üçün 1500 rubldan 1865 rubla, orta beynəlxalq uçuşlar üçün 42 avrodan 51 avroya, uzaq uçuşlar üçün isə 93 avrodan 103 avroyadək artacaq. Biznes-klasda artım ikiqat olacaq.

Yanacaq rüsumunun real xərclərlə heç bir əlaqəsi yoxdur və qiymətlərin kommersiya tənzimləyicisi və loyallıq proqramı qismində istifadə olunur. Tez-tez endirim və digər proqramların rentabelliyini azaltmaq üçün istifadə edilir, həmçinin aşağı, lakin qeyri-real qiymətləri təqdim etməyə imkan verir. Bu təcrübə bir sıra ölkələrdə qadağan edilir.