Logo

“Ümid edirdik ki, Səddam Hüseyn...” – Amerika hərbçilərinin DƏHŞƏTLİ İŞGƏNCƏLƏRİ


Daha əvvəllər “Əbu Qreyb” adı ilə məşhur olan Mərkəzi Bağdad həbsxanasının keçmiş dustaqları Amerika hərbçilərinin işgəncələrindən danışıblar.

Topxeber.az publika.az-a istinadən xəbər verir ki, keçmiş dustaqlar indiyə qədər işgəncələri unuda bilmədiklərini bildiriblər.

“Dustaqları kameranın metal qapısına asırdılar və cərəyanla işgəncə verirdilər. Bəzən onları murdarlayırdılar. Qarabasmalar indiyə qədər mənə əziyyət verir. Mən fiziki və psixi əziyyət çəkirəm, sanki bu hadisələr dünən baş verib. Mən yaşadıqlarımı və dəhşətli cinayətləri unutmaq istəyirəm. Mən hətta indi vannada sakitcə yuyuna bilmirəm. Hər dəfə su ilə işgəncəni yada salıram”, - onlardan biri deyib.

Başqa bir keçmiş məhbus söyləyib ki, amerikalılar İraqa girəndə onları Səddam Hüseynin amansız rejimindən azad edəcəklərinə, başqa zəngin ərəb və yaxud da qərb ölkələrində olduğu kimi öz evləri və maşınlarının olacağına ümid edirdilər:

“Amma hər şey tamamilə belə alınmadı. Azad olandan sonra hər dəfə küçədə amerikalıları görəndə dəhşətə gəlirdim. Qorxurdum ki, məni bu həbsxanaya qaytaracaqlar və yenidən əziyyət verəcəklər. İşgəncələr haqqında ağır xatirələr məni yatmağa qoymur. Mən indiyə qədər o qışqırıqları eşidirəm. Alçalma və özbaşınalıq həmişəlik səninlə qalır”.