Logo

Banklardan kredit almaq asanlaşır - VİDEO


Bankların kredit siyasətlərində yumşalma və bir sıra yüngülləşdirici məqamlar müşahidə edilməkdədir.

Topxeber.az bildirir ki, iqtisadçı ekspertlər bunu bankların vəziyyətinin sabitləşməsi və bazarda daha fəal olmaq istəyindən irəli gəldiyinə diqqət çəkirlər.

Kreditlərlə bağlı daha bir vacib məqam isə faizlərin aşağı düşməsi ilə bağlıdır. Artıq banklar kredit bazarında daha çox müştəri cəlb etmək üçün faiz endirimlərinə də start veriblər.

İqtisadçı alim Vüqar Bayramov bildirir ki, bankların kreditləşmə siyasətinin genişlənməsi sahibkarların da işini asanlaşdıracaq.
 

Ekspertin sözlərinə görə, bankların kredit faizlərini aşağı salması, kreditləşmənin həcminin artması ölkə iqtisadiyyatının inkişafına da dəstək verəcək. /xezerxeber.az