Logo

Şahid: Yanan ticarət mərkəzinin mühafizəçiləri uşaqları buraxmayıblar


Rusiyanın Kemerovo şəhərindəki “Zimnyaya vişnya” ticarət mərkəzinin mühafizəçiləri yanğın zamanı uşaqlara binanını tərk etməyi uzun müddət qadağan ediblər.

Topxeber.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu ticarət mərkəzində olan uşaqlardan birinin anası deyib.

O bildirib: “Qızım orada rəfiqəsi ilə birlikdə olub. Onlar dördüncü mərtəbəyə qalxanda alov, tüstü və yanğınla qarşılaşdıqdan sonra qaçmağa başlayıblar. Lakin onları mühafizəçilər buraxmayıblar. Mühafizəçilər başqa pilləkanla digər tərəfə getməyi məsləhət görüblər. Orada da qızları mühafizəçilər qarşılasalar da keçidi bağlayıblar. Bu mühafizəçilər də digər pilləkanla getmələrini söyləyiblər. Uşaqları ayaqlayırdılar, güclü çaxnaşma varıydı”.

Qeyd edək ki, son məlumata görə, ticarət mərkəzində ölənlərin sayı 64 nəfərə çatıb.

Məftun Salmanov