Logo

Əsla başqasının göz yaşını silməyin!


Göz vücudumuzun ən vacib orqanıdır. Göz sağlamlığı ilə bağlı aşağıdakılara diqqət etmək lazımdır. Topxəbər.az Türkiyə KİV-nə istinadən maraqlı məlumatları oxuculara təqdim edir:

1. Başqa birisinin göz yaşını silməyin. Əks təqdirdə, onun gözündəki mikrob sizə yoluxa bilər.

2.Uşağınızı heç bir şikayəti olmasa da 1 yaşında mütləq göz müayinəsi etdirin.

3. Uzun müddət komputerlə məşğul olmaq gözdə kirpik dibi iltihabı, allergiya, quruluq və uzaq görmədə problem yarada bilər.

4. Günəş şüalarına çox məruz qalmaq gözlərdə xüsusi həssaslıq yaradır. Açıq rəngli gözlü insanlar günəş işığına daha həssas olurlar. Bu gözlərdə qızartı tünd rəngli gözlərə nisbətən daha çoxdur. Bu səbəbdən günəş eynəyindən istifadə mütləqdir.

5.Gözdə sulanma, qaşınma, ağrı, yazıları qarışıq görmə, göz və baş ağrısı, başı əyri tutaraq oxuma, gözləri qıyaraq baxma göz xəstəliklərinin təzahürüdür.

6.Makiyaj vasitələrindən birgə istifadə etməyin.  Göz soyuqdəyməsi kimi tanınan xəstəlik məhz bu vasitələrlə keçə bilər

Nihadə Eyyubova