Logo

Bayramda toplanan artıq çəkidən qurtulmağın yolları - Dietoloq Məsləhəti


Paxlavalı, qoğallı, şəkərburalı, qozlu-fındıqlı Novruz günləri arxada qalsa da, amma "fəsad"ları hələ də bizimlədir. Çünki bu günlərdə yığdığımız artıq çəkilər əməllicə başımıza bəla oldu. Ləziz təamlardan doyunca yedik, kökəldik və indi də arıqlamağın yollarını axtarırıq. 1kq-ı itirmək üçün günlərlə-aylarla əziyyət çəkirik, 2-3 kq isə bir günün içindəcə rahatlıqla yığırıq. Necə edək lazımsız çəkilərdən canımızı qurtaraq? Kefinizi pozmağa dəyməz. Dietoloq məsləhətinə qulaq assanız, bir həftə ərzində əvvəlki formanıza qayıda bilərsiniz. Dietoloq Leyla Zülfüqarova tövsiyələrini Topxəbər.az saytı ilə bölüşür:

"Bu çəkilərdən azad olmaq üçün xüsusi detokslu günlər var. Yəni, eyni tərkibli qidalardan, məsələn bir gün tərəvəzlərdən, digər gün isə qatıqdan istifadə edirik. Bu günlərdə ət qrupu olmur. Su mütləqdir, hər kiloqrama 30 ml su hesablanır. Minumum hər kəs gün ərzində 2-3 litr qazsız, təmiz su içməlidir. Suyun içərisinə limon və ya zəncəfil sıxıb içmək daha məsləhətəuyğundur. Çaydan, kofedən uzaq durun. Şirniyyatlardan, ağ undan bişmiş qidalardan, çörəkdən istifadə etməyin. Bir həftə ərzində bunları edin və həftədə iki gün qatıq, ya da alma yemək mütləqdir. Az kalorili kələm, pomidor salatları ilə də qidalana bilərsiniz"

Nihadə Eyyubova