Logo

“Facebook”la bağlı növbəti qalmaqal — “İstifadəçilərin telefon danışığı və SMS-ləri də qeydə alınıb”


 Sosial şəbəkə nəhəngi “Facebook”la bağlı növbəti qalmaqal üzə çıxıb.

Topxeber.az ölkə.az-a istinadən xəbər verir ki, “#FacebookuSil” kampaniyasında iştirak edənlər sosial şəbəkədəki hesablarını bağlamaq istəyəndə sürprizlə qarşılaşıblar. Hesabı bağlamaq istəyərkən “Facebook-dakı məlumatları kompüterinizə köçürmək istəyirsiniz?” sualı ilə üzləşiblər.


Məlum olub ki, telefonlarına “Facebook” yükləyən şəxslərin mobil danışıqları və qısa ismarıcları da qeydə alınıb.

Eyni zamanda bildirilir ki, bu hal ilə “Android” sistemi işlədən telefonlar üzləşib. “iOS” istifadə edən telefonlarda bu hal qeydə alınmayıb.