Logo

İri maliyyə piramidasının qurucusu öldü


“MMM” iri maliyyə piramidasının qurucusu Sergey Mavrodi 63 yaşında Moskvada vəfat edib.

Topxeber.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, biznesmen ötən gün avtobus dayanacağından xəstəxanaya aparılıb. Yoldan keçən təcili yardım maşını çağırıb. S. Mavrodi zəiflikdən və ürək ağrılarından şikayət edib. Onu xilas etmək mümkün olmayıb. Biznesmen bu gün səhər saatlarında dünyasını dəyişib.

Xatırladaq ki, S. Mavrodinin 1989-cu ildə açdığı “MMM” korporativinin əsasında onlarla şirkət, o cümlədən “MMM” SC yaradılıb. “MMM” SC sonradan Rusiya tarixində ən iri maliyyə piramadasına çevrilib. 1944-cü ildə onun 15 milyon əmanətçisi olub. Məhkəmə onu 1997-ci ildə müflis elan edib.

Məftun Salmanov