Logo

Kemerovo yanğının vurduğu ziyan hesablanıb


Rusiyanın Kemerovo şəhərindəki “Zimnyaya vişnya” ticarət mərkəzində baş vermiş yanğına görə dəymiş ziyan 3 milyard rubl həcmində qiymətləndirilir.

Topxeber.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ümumrusiya Sığortaçılar İttifaqından deyiblər. Bildirilir ki, söhbət ümumilikdə əmlak kompleksindən gedir. İcarədarlara dəyən ziyan nəzərə alınmayıb. Hazırda ticarət mərkəzinin sığortasının olub-olmaması araşdılır.

 Qeyd edək ki, yanğında son məlumata görə 56 nəfər ölüb.