Logo

Kemerovoda yanğın işi üzrə 4 nəfər saxlanılıb


Rusiyanın Kemerovo şəhərindəki ticarət mərkəzində baş vermiş yanğın işi üzrə 4 nəfər saxlanılıb və dindirilib.

Topxeber.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko deyib. Onun sözlərinə görə, saxlanılanlar arasında ticarət mərkəzinə xidmət göstərən şirkətin rəhbəri də var.

Xatırladaq ki, 4 mərtəbəli “Zimnyaya vişnya”  ticarət mərkəzində yanğın ötən gün baş verib. Son məlumata əsasən, 48 nəfər həlak olub.

Məftun Salmanov