Logo

​Kemerovoda yanğında ölənlərin sayı 53 nəfərə çatdı


Rusiyanın Kemerovo şəhərindəki 4 mərtəbəli “Zimnyaya vişnya”   ticarət mərkəzində baş vermiş yanğında ölənlərin sayı 53 nəfərə çatıb.

Topxeber.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, ticarət mərkəzinin kinoteatr ərazisində daha 5 nəfərin meyidi tapılıb. 12 nəfər xəstəxanaya çatdırılıb, xəsarət almış daha 36 nəfərə ambulator yardım göstərilib. Hazırda 16 nəfərin axtarışı davam edir. Onların kinozalda olduğu ehtimal edilir.

 Xatırladaq ki, ticarət mərkəzində yanğın işi üzrə 4 nəfər saxlanılıb.

Məftun Salmanov