Logo

Nəvəsini 300 dollara satmağa çalışan nənə saxlanılıb


Qırğızıstanın Oş vilayətində yeni doğulmuş nəvəsini 20 min soma (təqribən 300 dollar) satmağa cəhd göstərən qadın saxlanılıb.

Topxeber.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, 59 yaşlı qadın  nəvəsi üçün alıcı da tapsa da, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub. Nənənin adı istintaq sirri olaraq gizli tutulur.

Qadın hələ 1 ayı tamam olmayan körpəni alıcıya verdikdən sonra pulu götürüb. Alıcı qismində hüquq-mühafizə orqanlarının əməkdaşı çıxış edib. Hazırda qadının hansı səbəbdən nəvəsini satmaq istədiyi araşdırılır.

Məftun Salmanov