Logo

Rusiyada ticarət mərkəzində baş verən yanğın söndürülüb, ölənlərin sayı 48 nəfərə çatıb - VİDEO - FOTO


Rusiyanın Kemerovo şəhərində yerləşən "Zimnaya vişnya" ticarət-əyləncə mərkəzində ("Qış albalısı") baş vermiş güclü yanğın söndürülüb.

Topxeber.az  “Report” a istinadən xəbər verir ki, yanğın nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb. Məlumata görə, yanğın zamanı 37 nəfərin öldüyü bildirilimişdi, daha sonra ticarət mərkəzinin kino zalının ərazisində 11 nəfərin meyiti tapılıb. Hadisə zamanı 27 nəfər itkin düşüb.

Qeyd edək ki, yanğın mühafizəsinə dördmərtəbəli ticarət mərkəzində tüstülənmə barədə məlumat bazar günü günorta saatlarında daxil olub. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğının ocağı ticarət mərkəzinin yuxarı mərtəbəsində olub.

Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb.