Logo

XİN: "Rusiyada yanğında ölən və yaralananların arasında azərbaycanlıların olub-olmaması araşdırılır"


Rusiyanın Kemerovo şəhərində yerləşən "Zimnaya vişnya" ("Qış albalısı") ticarət-əyləncə mərkəzində baş vermiş yanğında xəsarət alan və ölənlər sırasında Azərbaycan Respublikası vətəndaşlarının olub-olmaması araşdırılır. 

Bunu Topxeber.az bildirir ki, bunu açıqlamasında XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

"Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi Rusiya Federasiyasının müvafiq qurumları ilə təmasdadır. Əlavə məlumat olduğu təqdirdə KİV-ə bildiriləcək", - H. Hacıyev bildirib.

Xatırladaq ki, Rusiyanın Kemerovo şəhərində yerləşən "Zimnaya vişnya" ("Qış albalısı") ticarət-əyləncə mərkəzində baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 53 nəfər çatıb. Faciə nəticəsində daha 43 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib və 27 itkin düşüb.