Logo

Gülay Zeynallı qəza keçirtdi


Müğənni Gülay Zeynallının başına iş gəlib.

Topxeber.az bildirir ki, Yenicag.az-a açıqlama verən müğənni qəza keçirtdiyini deyib:

“Bu yaxınlarda təzə avtomobil aldım. Sevincimi bölüşmək üçün yaxın dostlarımla yığışıb, gəzməyə getdik. Evə qayıdanda birdən avtomobildən partlayış səsi gəldi. Dəli oldum, elə bildim maşın partladı. Bir də gördüm ki, “partpires” qırıldı, şüşələr üstümə dağıldı. Cana gələn mala gəlsin, şükür ki, xəsarət alan olmadı, təkcə maddi ziyana düşdük. Bədnəzərə, pis nəfsə çox inanıram. Bilirəm ki, gözə gəldim, yeni avtomobilin bir xətası olmalıydı”.

Gülay bədnəzərdən qorunduğunu da deyib:

“Bu həyatda pis nəfsdən betər heç nə yoxdur. Yeni bir iş gördüyüm ərəfədə bunu kiməsə desəm, o saat işlərim geri gedir, planlarım pozulur. Buna görə də heç vaxt planlarım barədə qabaqcadan danışmıram. Bununla da bədnəzərdən qorunuram”.