Logo

I Avropa Oyunlarında Azərbaycana 5 medal qazandırmış idmançı Rusiya vətəndaşlığını qəbul edib


İdman gimnastikası üzrə Azərbaycan millisinin sabiq üzvü Oleq Stepko Rusiya vətəndaşlığını qəbul edib.

Topxeber.az “Report”a istinadən xəbər verir ki, bu barədə TASS-a 24 yaşlı idmançının şəxsi məşqçisi Vladimir Koçnev bildirib. Stepko apreldə Kazan şəhərində keçiriləcək Rusiya çempionatında iştirak etməyi planlaşdırır.

Qeyd edək ki, Ukraynanın Zaporojye şəhərində doğulan Oleq Stepko iki dəfə Yay Olimpiya Oyunlarında iştirak edib. "London-2012"də Ukraynanı təmsil edən idmançı "Rio-2016"da Azərbaycan bayrağı altında mübarizə aparıb. Stepko 2013-cü ildə Ukrayna yığmasının heyətində Avropa çempionu olub. 2015-ci ildə isə Azərbaycan millisinin tərkibində dünya çempionatında 3-cü yeri tutub. O, həmçinin “Baku 2015” I Avropa Oyunlarında 1 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıb.