Logo

III Dünya müharibəsi bu ölkələr arasında və belə başlayacaq - Nostradamusdan ŞOK PROQNOZ


III Dünya müharibəsinin nə zaman və necə başlayacağı məşhur fransalı öncəgörən Nostradamusun “Les Propheties” (Peyğəmbərlər) kitabında bəhs edilən ən diqqət çəkən öncəgörmələrdən biridir.

Topxeber.az Publika.az-a istinadən xəbər verir ki, Nostradamus bu öncəgörməsində III Dünya Müharibəsinin 2018-ci ildə başlayacağını bildirib.

Məşhur öncəgörənin ən önəmli proqnozu növbəti cahan müharibəsinin Fransa ilə Almaniya arasında başlayacağıdır. Kitabında III Dünya Müharibəsini açıqladığı belə bir cümlə qeyd edib: “Dünyanın iki böyük gücü arasında bir savaş çıxacaq və 27 il davam edəcək”.

Bəzi teoriyaçılar isə Nostradamusun bu proqnozuna qarşı bəhs edilən müharibənin Çin, Rusiya, Şimali Koreya ittifaqı ilə ABŞ arasında baş verəcəyini iddia edir. Onun dediyinə görə, müharibə əsnasında yaşanacağı təxmin edilən daha bir böyük böhran isə varlıların ölüb, daha sonra dirilməsidir.

Nostradamus 2018-ci ildə ABŞ-da böyük fəlakətlərin yaşanacağını təxmin edib. Onun sözlərinə görə, ABŞ-ın qərbində böyük bir zəlzələ meydana gələcək və bu zəlzələ qlobal səviyyədə fəlakətlər doğuracaq.

Maraqlıdır ki, Amerika geoloji Araşdırmalar Qurumu bu proqnozu hələ 2016-cı ildə təsdiq edib. Qurum Kaskasiya Dalma Zonunda seysmik fəaliyyətlərin olduğunu aşkarlayıb. Mütəxəssislər də Kaliforniya çatlağı üzərində yerləşən həmin bölgədə uzun müddətdir ki, zəlzələnin olmadığına diqqət çəkib.

Nostradamus İtaliyada yerləşən Vezuvi vulkanının fəaliyyətə keçəcəyini və Yer səthini hər beş dəqiqədən bir silkələyəcəyini, bunun nəticəsində 6000 insanın məhv olacağını deyib.

Onun proqnozlarına görə, 2018-c ildə Yer kürəsinə böyük bir kosmik cisim çırpılacaq. Kitabda bu proqnozla bağlı belə bir cümlə yer alıb:

“Göy üzündə görünəcək bir quyruqlu ulduz (meteorit) özü ilə böyük fəlakətlər gətirəcək. Nüvə, terror və ya təbii fəlakət planeti məhv edəcək”.