Logo

Jurnalistin evini yardılar - FOTOLAR


Hadisə Abşeron rayonu, Mehdiabad qəsəbəsində qeydə alınıb.

Topxeber.az-a danışam jurnalist Vasif Həsənlinin veridyi məlumata görə, evinə oğrular girib.

 “Hər gün yoldaşım evdə olur. Hətta bayram günlərində də evdə olmuşuq. Dünən təxminən 4-5 saat evdə adam olmayıb. Axşam işdən çıxıb qohumlarımgildən yoldaşımla uşağı götürüb evə getdim. İçəri daxil olanda heç nə hiss etmədik. Ancaq yerdə gül dibçəyini sınmış vəziyyətdə  görəndə evə oğru girdiyindən şübhələndik. Pəncərənin açıq oluğunu görəndə isə tam əmin olduq ki, evə oğru girib. Oğrular 1500 manat pulu paltar dolabından götürdükdən sonra uşağa məxsus seyfi də sındıraraq içindən təxminən 200-300 manat puluda aparıblar”, -deyə Həsənli bildirib. 
Hadisədən sonra zərərçəkən Vasif Həsənli dərhal DİN-nin 102 Zəng mərkəzinə məlumat verib. Təxminən 10-15 dəqiqə ərzində Abşeron RPİ-nin Mehdiabad Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək ilkin araşdırmalara başlayıblar. Əl-barmaq izləri götürülüb, hadisə şahidləri dindirilib. 

Başına belə hadisənin 1-ci dəfə gəldiyini bildirən zərəçəkən oğurluğun baş verməsini 4 il yaşadığı evinin daş hasarının hündür olmaması ilə əlaqələndirib: 
“Əgər hasar hündür olsaydı yəqin ki, oğrular da həyətə daxil olmağa risk etməzdilər. Artıq həmin evdə yaşamaq təhlükəlidir. Mən günümün çox hissəsini işdə, yoldaşım isə evdə, azyaşlı uşağım ilə qalır. Hər bir hadisə baş verə bilər. Oğurluqdan heç kim sığortalanmayıb, cəmiyyət varsa cinayət də olmalıdır. Ancaq kim zəmanət verə bilər ki, növbəti dəfə belə bir cinayət baş verməyəcək. Mən bununla bağlı Daxili işlər naziri cənab Ramil Usubova müraciət edirəm. İnanıram ki, oğru və ya oğruların tezliklə tapılması istiqamətində aidiyyatlı orqanlara tapşırıqlarını verəcək”.

Faktla bağlı Abşeron RPİ-nin İstintaq İdarəsində cinayət məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb. Hazırda jurnalistin evini qarət edən oğruların tapılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirləri aparılır. 

Qeyd edək ki, V.Həsənli  Ölkə.Az saytının əməkdaşıdır.