Logo

​Sabah Rusiyada milli matəm olacaq


Kemerovo şəhərində ticarət mərkəzində yanğında ölənlərlə bağlı martın 28-də Rusiyada milli matəm elan edilib.

Topxeber.az-ın “Dojd” telekanalına istinadən verdiyi məlumata görə, Rusiya Prezidenti Vladimi Putin bununla bağlı müvafiq fərman imzalayıb. Matəm günündə bütün ölkə ərazisində dövlət bayraqları aşağı salınacaq. Fərmanda qeyd edilir ki, mədəniyyət müəəssisələrinə və  teleradio şirkətlərinə matəm günündə əyləncəli tədbirləri ləğv etmək təklif edilir.

Xatırladaq ki, yanğında 64 nəfər həlak olub, onlardan 41-i uşaqdır.

Məftun Salmanov